Azərbaycanlı qadın ərinin birinci arvadını evə çağırdı, kabab bişirdi - FOTO
18.11.2019

Rusiyada azərbaycanlı qadın ərinin birinci həyat yoldaşını evə çağırıb kabab bişirib.

VisionTV.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən, həyat yoldaşı tərəfindən 2 uşağı əlindən alınan və qabırğaları sınıdırılan Mətanətlə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Mətanətin əri Seymurun birinci həyat yoldaşı Lena maraqlı açıqlamalar verib.

O, bildirib ki, Seymur çox yaxşı insandır: "O, mənə xəyanət etdiyi üçün ayrılmışam. Amma onun özü çox yaxşı insandır. Qızıma görə ona minnətdaram. Tez-tez Seymurgilə gedirdim. Əvvələr Mətanət məni qısqansa da daha sonra onun özü məni evinə dəvət edirdi. Biz birlikdə kabab bişirib yeyirdik".


Azərbaycanlı qadın ərinin birinci arvadını evə çağırdı, kabab bişirdi - FOTO