Azərbaycanlı prodüser iş yerində öldü
24.06.2021

Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.

Visiontv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.

Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib.