Azərbaycanlı müğənni xərçəngdən öldü - FOTO
04.10.2019

Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Lalə Əliyeva 40 yaşında vəfat edib.

Bu barədə müğənninin yaxınları sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Lalə Əliyeva şanson və estrada janrının ifaçısı olub.

O, Bakı Dövlət Universitetinin hüquq fakultəsini və Azərbvaycan dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Komediya fakultəsini bitirmişdi.