Azərbaycanlı ər-arvad koronavirusdan öldü, 3 və 5 yaşlı uşaqlar atasız-anasız qaldı
24.04.2020

Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlı ər-arvad koronavirusdan ölüb.

Visiontv.az xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova lent.az-ın "İnstagram"dakı canlı yayımında deyib.

İfaçı bildirib ki, koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Hazırda azyaşlılar karantin altındadır. Onlara bir tibb bacısı nəzarət edir.

Sərhədlər bağlı olduğundan mərhumların yaxınları Rusiyaya gedə bilmir. 

BAKU.WS