24.010.2020
Axtar
Ölkə
alt

Azərbaycanın axtarışa verdiyi qadın Türkiyədə saxlanıldı

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Visiontv.az xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Rüstəmova Zülfiyyə Məhəddin qızı Türkiyədə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Report

Şərh