Azərbaycandakı İT şirkətlərindən ''Evdə Qal'' kampaniyasına dəstək
Azərbaycandakı İT şirkətlərindən ''Evdə Qal'' kampaniyasına dəstək
26.03.2020 Elvin ABBASOV Tərəfindən

Azərbaycanda fəaliyyət göstərən bir neçə İnformasiya Texnologiyaları (İT) şirkəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya dəstək nümayiş etdirib.

Visiontv.az-ın verdiyi xəbərə görə dəstək mətnində deyilir: ''Azərbaycanda fəaliyyət göstərən İnformasiya Texnologiyaları (İT) şirkətləri olaraq Ümumdünya Səhiyyə sahəsində yaranan fövqəladə vəziyyət, o cümlədən Azərbaycanda da yayılan pandemiya, ölkədə online xidmətlərin daha da güclənməsinə zərurət yaratmaqdadır. Biz Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri olaraq öz milli məsuliyyətimizi dərk edir və ehtiyac zərurəti duyulan bütün istiqamətlərdə ölkəmizə təmannasız xidmət etməyə hazırıq.


Əminəm ki, ölkəmiz bu sınaqdan üzü ağ və ən az zərərlə çıxacaqdır. Əziz həmvətənlərim, EvdəQal tövsiyəsinə əməl edək. Dünya növbəti ciddi bir sağlamlıq sınağından keçməkdədir. Bu vəziyyət bütün ölkələr üçün həyatda qal mübarizəsidir. Bildiyiniz kimi, bir çox ölkədə vəziyyət çox ciddi, çox ağırdır. Ölkə Rəhbərliyinin uzaqgörənliyi sayəsində Azərbaycan bu pandemiyaya ilk reaksiya verən və özünü izolasiya edən ölkələrdən olmuşdur və xəstəlik ölkəmizə güclü nüfuz edə bilməmişdir. Hal-hazırda yaranmış xüsusi karantin rejimi insanların kütləviləşməsini və sosial fəaliyyətlərini məhdudlaşdırmışdır. Səbrli olaq, mümkün qədər işlərimizi online formada və mobil sistemlərlə həll etməyə çalışaq. Hər birinizə sağlam həyat, ruh dincliyi və qəlb rahatlığı arzu edirik.'' 

Hörmətlə: Elvin ABBASOV

 

 Qeyd edək ki, kampaniyaya aşağıdakı İT şirkətləri qoşulub:

     

Kampaniyaya qoşulan IT şirkətlər

Rəhbərlər

1

TimeSoft

Elvin Abbasov

2

Ultra Technologies

Abdul Qurbanov

3

GT Solutions

Elxan Həsənov

4

Virtual Azərbaycan Qrup of Kompani

Esmira Həsənbəyova

5

ITECH Group

İlqar Əzizov

6

Smart Systems Technology

Firidun Əkbərov

7

TRONİQ

Anar Nəbiyev

8

Azlocation

Namiq Əliyev

9

Datum

Anar Ismayılov

10

Maxtexno

İlqar Cəfərov

11

FROMAE

Fəxri Ələkbərov

12

İNTEGRİS

Ceyhun Zeynalov

13 Azerizone Hüseyn Hüseynzadə