Aşağıda qeyd edilənlərədən başqa bütün sahələr üzrə fəailiyyət dayandırılır - RƏSMİ
04.06.2020

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Visiontv.az xəbər verir ki, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq

edilir:

1.1. Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o

cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılsın:

1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti

tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və

digər təşkilatların fəaliyyəti;

1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin

fəaliyyəti;

2

1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli

və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan

şəxslər üçün baxıcılıq xidməti;

1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz

təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının

yığılması və utilizasiyası);

1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;

1.1.6. meliorasiya və su təsərrüfatı;

1.1.7. rabitə xidmətləri;

1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları,

kabel televiziyaları) fəaliyyəti;

1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük

daşımaları;

1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə

görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin

mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

1.2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə

tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna

olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk

etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə

aşağıdakı müstəsna hallarda icazə verilsin:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət

yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım

xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

1.3. Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və

fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara

məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər

avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

  1. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə

tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün

yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin

edilsin.

  1. Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış

yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan

Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə

Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

3

  1. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə

icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə

işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron

imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən

sonra yol verilir.

  1. Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə

riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər

Nazirliyi tərəfindən həyata keçirilir.

  1. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və

vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və

cinayət məsuliyyəti daşıyırlar.