Azərbaycanda universitet müəllimi dəm qazından öldü
17.01.2022

Azərbaycanda gənc müəllim vəfat edib.

Visiontv.az oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl İsmayıllı vəfat edib.

31 yaşlı müəllimin dəm qazından öldüyü bildirilir.

O, Ordubadın Nüsnüs kəndində anadan olub. İ.İsmayıllı universitetin memarlıq fakültəsində müəllim olub.

O, Prezident mükafatçısı olub.

Azərbaycanda universitet müəllimi dəm qazından öldü - FOTO