Azərbaycanda uçuşlar bərpa edilir? - Bilet satışa çıxarılıb
02.06.2020

Macarıstanın “Wizzair” aviaşirkəti iyunun 19-dan etibarən Bakı-Budapeşt-Bakı reysi üzrə aviabiletlərin satışına başlayıb.

Visiontv.az report-a istinadən xəbər verir ki, şirkətin saytında yer alan məlumata görə, Azərbaycan paytaxtından uçuşlar həftənin bazar ertəsi və cümə günləri, saat 05:50-də, Macarıstan paytaxtından uçuşlar isə həftənin cümə axşamı və bazar günləri yerli vaxtla saat 23:30-da baş tutacaq.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:

"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb: ““Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb”.