Azərbaycanda torpaq uçqunu baş verib, xəsarət alanlar var
09.04.2019

Ucar şəhərində torpaq uçqunu baş verib. Nəticədə "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb

 

Ucar şəhərində torpaq uçqunu baş verib. Nəticədə "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Ucar şəhərində torpaq uçqunu baş verib. Nəticədə "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Visiontv.az xəbər verir ki, bu barədə ASC-nın mətbuat katibi Anar Cəbrayıllı məlumat yayıb. Onun sözlərinə görə, hadisə kanalizasiya xəttində qəza aradan qaldırılan zaman yaşanıb.

"Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 nəfər əməkdaşımız xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar xəstəxanasında müayinə olunur", - deyə Cəbrayıllı vurğulayıb.

ONA-nın əldə etdiyi əlavə məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçqunu olub. Nəticədə 4 nəfər uçqun altında qalıb.

Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

sputnik.az