Azərbaycanda ödəniş terminallarının mobil əlavələri istifadəyə verilir
19.11.2019

Azərbaycanda “eManat” ödəniş terminallarının mobil əlavəsi istifadəyə veriləcək.

Visiontv.az-ın “Modenis” şirkətinə istinadən verdiyi məlumata görə, istifadəyə veriləcək “eManat+” adlı tətbiq həm “Android”, həm də “iOS” mobil qurğuları üçün nəzərdə tutulub.

Mobil əlavə terminallarda olan müxtəlif xidmətləri onlayn ödəmə imkanını yaradacaq. Onların sırasına kommunal xidmətlərin, mobil və stasionar rabitə operatorların, internet provayderlərin, bankların, sığorta şirkətlərin və digər xidmətlərin ödənişlərin aparılması mümkün olacaq.