Azərbaycanda neçə nəfər peyvənd olunub? - RƏSMİ
04.03.2021

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.  Visiontv.az bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.  Bildirilib ki, martın 3-ü ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 272 nəfər vaksinasiya olunub. 

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib. 

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.