Azərbaycanda nə qədər “CoronaVac” və “Sputnik V” ehtiyatı olduğu açıqlanıb
02.12.2021

Azərbaycanda olan “CoronaVac” və “Sputnik V” peyvəndlərinin ehtiyat miqdarı açıqlanıb.

İcbari Tibi Sığorta üzrə Dövlət Agentliyindən Visiontv.az-a bildirilib ki, hazırda 2 milyon 376 min 845 doza “CoronaVac”, 20 000 doza “Sputnik V” vaksini anbarda ehtiyatda var.

Qeyd olunub ki, əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.