Azərbaycanda koronavirusdan ölənləri sayı 1 256-a çatıb
26.11.2020

Azərbaycanda ümumilikdə koronavirusdan ölənləri sayı 1 256-a çatıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir.