Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI
04.04.2020

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.

Visiontv.az xəbər verir ki, məlumatı mərkəzdən təsdiq ediblər.

Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:

“Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.

modern.az