Azərbaycanda İİV-ə yoluxanların 2 faizi 17 yaşa qədər şəxslərdir
01.12.2021

“Azərbaycanda İİV-lə yaşayan 7867 nəfərdən 78,5 faizi 25-49 yaş qrupunda olan şəxslərdir”.

Visiontv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib. O bildirib ki, 17 yaşa qədər olanlar isə 2 faizdir: “Terapiya nəticəsində hamilə qadınlarda bu virusa yoluxma faizi minimuma endirilir. Hətta 98 faiz halda effektli olur”.