Azərbaycanda ehtiyatda nə qədər maska var?
30.05.2020

"Azərbaycanda dezinfeksiyaedici vasitələrin, tibbi maskaların istehsalı kifayət qədər qənaətbəxş səviyyədədir. İdxal prosesi də davam edir".

Visontv.az xəbər verir ki, bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, ölkəmizdə 10 milyondan çox maska ehtiyatı var və bununla bağlı heç bir problem yoxdur.