Azərbaycanda dərslərin mayın 23-dək uzadılması xəbərinə RƏSMİ MÜNASİBƏT
06.04.2020

Sosial şəbəkələrdə koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 20-dan mayın 23-dək (ilk tədris günü mayın 25-i müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məlumat yayılıb.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Unikal.org-a açıqlamasında yayılan məlumatları əsassız adlandırıb:

"Belə skrinlər bundan əvvəl də bir neçə dəfə yayılmışdı və dezinformasiya olmaqla heç bir rəsmi istinada söykənmir. Təhsil Nazirliyinin rəsmi resurlarına istinad etməklə daha doğru xəbərləri əldə edə bilərsiniz".