Azərbaycanda COVID-19 yoluxanların sayı açıqlandı - RƏSMİ
05.04.2020

Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.

Bu barədə Visiontv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.