Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
06.05.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 391, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 062, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 344 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 663 010, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 526, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 239 094, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 077 nəfər təşkil edir.