Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
05.05.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5046 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3645, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 351 nəfərdir.