4.07.2020
Axtar
Hadisə
alt

Azərbaycanda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanıldı

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.

Visiontv.az APA-ya istinadlən xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

Şərh