Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı
04.05.2020

Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

Visiontv.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adını qadının özünün arzusu ilə açıqlamırıq) virusa qalib gəlib.

Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 aprel tarixində xəstəxanaya temperatur, zəiflik və pnevmaniya əlamətləri ilə daxil olub.

Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlmişdi.