Azərbaycanda 11 nəfər koronavirusdan ölüb - 250 nəfər sağalıb
12.04.2020

Azərbaycan Respublikasında 11 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a bildirilib.

Verilən məlumata görə, hazırda 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.