24.010.2020
Axtar
Hava
alt

Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub.

Azərbaycana qış fəsli daxil olub.

Visiontv.Az "Report"a istinadən bildirir ki, qış fəsli Bakı vaxtı ilə saat 02:22-də gəlib. Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz yaşanır. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də, bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

Bu gecə həm də Çillə gecəsidir, bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

Şərh