Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib
03.07.2022

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə Visiontv.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə , yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib