Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb
02.12.2019

Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Visiontv.az-ın Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, görüş dekabrın 4-də baş tutacaq.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində keçirilməsi nəzərdə tutulur.