Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi Tehranın aqressiv siyasətini neytrallaşdıracaq
Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi Tehranın aqressiv siyasətini neytrallaşdıracaq
23.06.2022 MEDİA Tərəfindən

İranın nüvə proqramı ilə əlaqədar Qərblə mümkün razılaşmaya qayıtmaq məsələsi polimika olaraq qalır. Xüsusilə İsrailin İrana qarşı nüvə məsələsində ciddi tədbirlər görməsi istisna deyil. İranın ballistik raket bazalarının və nüvə alimlərinin hədəfə alınması Təl-Əvivin ənənəvi metodudur.

Hazırda Türkiyə və İsrail arasında siyasi əlaqələr normallaşır. İsrail Türkiyənin Suriyada anti-terror əməliyyatlarına müəyyən dərəcədə dəstək verəcək. Yaxın Şərqdə daşlar yenidən yerindən oynayır və bu prosesdə İsrail və Türkiyə koordinasiyali fəaliyyət göstərəcək. İsrail regionun əsas ölkəsi Türkiyə ilə münasibətləri normallaşdırdıqdan sonra İrana qarşı hərbi əməliyyatlara start verə bilər.

Bundan sonra İran qonşu ölkələrə qarşı aqressivlik siyasəti ortaya qoya bilər. İranın Azərbaycana qarşı mümkün təhdidləri ola bilər. Amma, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi Tehranın aqressiv siyasətini neytrallaşdıracaq.

Yaxın Şərqdə İsrail İranın mövqeyini zəiflədəcək və Tehranın 10 il ərzində qurduğu Yaxın Şərq siyasəti iflasa uğradılacaq. Bu arada Səudiyyə Ərəbistanı ilə Türkiyə əlaqələr normallaşmaya qədəm qoyur. İrana qarşı yeni bir koalisiya formalaşacaq. Çünki, İranın nüvə silahı əldə etməsi regional təhdiddir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az