Azərbaycan, Rusiya və İran prezidentləri avqustda görüşəcəklər
17.06.2019

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək.

VisionTV.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Şimali  Qafqaz işləri üzrə naziri  Sergey Çebotaryev bildirib.

"İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransının açılışında çıxış edən S. Çebotaryev deyib ki, avqust ayında Soçidə Azərbaycan, Rusiya və İran prezidentləri arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.