"Azərbaycan regionda sülhün əsas təminatçısıdır" adlı gənclərin iştirakı ilə tədbir keçirilib
22.09.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə  "Azərbaycan regionda sülhün əsas təminatçısıdır" adlı gənclərin iştirakı ilə tədbir keçirilib. 

Tədbir ilk olaraq Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Sonra rəsmi qonaqlar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional bölməsinin nümayəndəsi Rifat Dinçoğlu çıxış edərək, Azərbaycan Respublikasının dövlət siyasətinin regionda əbədi sülhün bərqərar olmasına yönəldiyini və bu kursun ardıcıl olaraq aparıldığını qeyd etmişlər. 2-ci Qarabağ müharibəsindən ötən zaman ərzində Ölkəmizin regionda sülhün  tərəfdaşı olaraq qaldığını nəzərə çatdırmışlar. Daha sonra Vətən müharibəsi şəhidi Səhman Musayevin anası Elnarə Musayevə çıxış edərək, müharibələrin bir daha olmamasını və anaların gözü yaşlı qalmamalırını arzulamış və ölkəmizin bu istiqamətdə apardığı siyasətində tərəfdarı olduğunu qeyd etmişdir. Şəhid övladı Murad Cəbrayılov Elnur oğlu Beynəlxalq Sülh Gününə aid şeirlər səsləndirmiş, digər şəhid övladı  Ayan Musayev Ramiz qızı "Sülh olsaydı.." mövzüsüna uyğun şəhid  atasının illərlə vətənə xidmət etdiyini qeyd edərək, əgər sülh olan bir dünyada doğulsaydı necə qayğısız uşaqlıq keçirərdi,həyatı indi necə olardı  barəsində fikirlərini söyləmişdir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin rəhbərliyi tərəfindən iştirak etmiş şəhid ailələrinin üzvlərinə xatirə hədiyyələr təqdim olunmuşdur. Daha sonra tədbir diskusiya xaraterli davam etmişdir. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Tədbirdə ümumilikdə 84 nəfər gənc iştirak etmişdir.

Binnət İsmayılov
Visiontv.az