Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan namərdcəsinə mülki yaşayış yerlərini vurdu - Türkiyə MN
17.10.2020

Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paylaşımda deyilir:

“Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.