Azərbaycan Ordusu strateji nöqtələri nəzarətə götürüb
13.09.2022

Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb.

Visiontv.az xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb.

Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Azərbaycan Ordusu ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir.

APA