Azərbaycan müharibə təzminatı kimi Ermənistan ərazilərindən öz torpaqlarına qatmalıdır - Azər Qasımov
22.10.2020

Danışıqlar prosesinin əsas müddəalarından biri dəymiş ziyana görə təzminat olmalıdır, xüsusən də, əgər bu işğal faktı bir çox beynəlxalq təşkilatlar tərəfindən tanınıbsa. Bura BMTnin 4 qətnaməsi, Avropa Parlamentinin, İƏTin(İslam Əməkdaşlıq Təşkilatı) və s. irili xırdalı təşkilatların qərarları aiddir. Bütün müharibələrdə qalıb tərəf bu məsələni mütləq qaldırır. Ermənistanın onsuz da bu təzminatı ödəmək gücü olmadığı üçün ərazisindən bunu təmin etməlidir. Bu ərazinin yerini də biz deməliyik və hətta alıb, sonra masaya oturmalıyıq. Zəngəzur bunun üçün ideal ərazidir.

Azərbaycan tərəfi nə qədər ki, müharibə sona çatmayıb bunu müxtəlif səviyyələrdə dilə gətirməli, təzminat və bunun müqabilində istəklərini tez tez mətbuatda hallandırmalıdır.

Dünya praktikasında SSRİnin Almaniyadan Köniqsberq, indiki  Kalininqradı, Yaponiyadan Kuril adalarını, cənubi Saxalini, Amerikanın Yaponiyanın Okinava adasını, Ingiltərənin sonra qaytarsa da Tayvanı və s. kimi faktlar var.

Təzminat əvəzində ərazi məsələsi bizim üçün qanuni fon yarada bilər ki, buna hüquqi don geyindirək.

Visiontv.az