Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
27.11.2019

İsveçrənin "Stadler" şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Azərbaycan Dəmir Yolları" QSC və "Stadler" 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıb.

Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.

Üç qatar regionlararası daşımalar üçün, digər üç qatar isə şəhərkənarı nəqliyyat qismində istifadə olunacaq.