Azərbaycan hərbçiləri “NATO-Gürcüstan 2019” təlimində iştirak edir
18.03.2019

Azərbaycan hərbçiləri “NATO-Gürcüstan 2019” təlimində iştirak edir

Gürcüstanda "NATO-Gürcüstan 2019" təlimi başlayıb. 

Visiontv.Az oxu.az-a istinadən xəbər verir ki, təlimdə 24 ölkə, o cümlədən Azərbaycan da iştirak edir. 

Martın 29-dək davam edəcək təlimə 343 hərbi texnika və şəxsi heyət cəlb edilib.

Təlimlərdə məqsəd Gürcüstan Silahlı Qüvvələrinin, Şimali Atlantika İttifaqının və tərəfdaş ölkələrin birgə fəaliyyətini gücləndirməkdir. 

Təlimlərdə, həmçinin "Non Article 5" alyansının böhranlara reaksiyası yoxlanılacaq.