Azərbaycan hərbçiləri İranda müsabiqədə sınaq atışları icra ediblər
16.08.2022

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.

Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.

Azərbaycan hərbçiləri İranda müsabiqədə sınaq atışları icra ediblər - FOTO