24.011.2020
Axtar
Ölkə
alt

“Azərbaycan Dəmir Yolları”: Qatarın vurduğu təcili tibbi yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında” qanunun tələblərini pozub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qala stansiyasında yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Visiontv.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın APA-ya verdiyi məlumata görə, bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

 

Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh