“Azərbaycan Dəmir Yolları”: Dəmiryolunda texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
05.12.2019

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranması barədə məlumatlara aydınlıq gətirib.

Visiontv.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA-ya bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

 

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.

***

09.25

Bu gün saat 08:38-də Sumqayıtdan gəlməli olan Bakı-Sumqayıt qatarı ləğv olunub

Buna səbəb kontakt şəbəkədə qırılmanın olmasıdır.