Azərbaycan yığması Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində ilk medalını qazanıb.
Visiontv.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, fəxri kürsüyə millinin Olimpiya mükafatçısı Rüstəm Orucov qalxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Orucov ilk qarşılaşmasında özbəkistanlı Xikmatillox Turayevlə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Tohar Butbulla (İsrail) güləşib. Döyüş rəqibin qələbəsi ilə başa çatıb.