Azərbaycalı məhbusların həyat yoldaşları etiraz aksiyası keçirdilər
12.11.2025

Tehranın Evin həbsxanasında saxlanılan milli fəallar Tahir Nəqəvi və Vədud Əsədinin həyat yoldaşları etiraz aksiyası keçiriblər.

Bununla bağlı onlar sosial media şəbəkəsində məlumat yayıblar.

Süheyla Sədəqiani və Zəhra Əsədpur Evin həbsxanasının qarşısında üzərində "Tahir Nəqəini azad edin", "Vədud Əsədini azad edin" sözləri yazılmış plakatlar qaldıraraq, həyat yoldaşlarının sərbəst buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 12 gündür barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.

Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar.

Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.

visiontv.az