AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır
21.09.2020

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı  artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:

Bakıdan Naxçıvana uçuşlar üçün:

Naxçıvandan Bakıya uçuşlar üçün:

Müraciət etdiqdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp  vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki,  qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.