Azad edilmiş ərazilərin turizm potensialı araşdırılır
23.02.2021

İşğaldan azad edilmiş torpaqların turizm potensialı zəngindir. O cümlədən sağlamlıq turizmi ilə bağlı həmin ərazidə dəyərləndirmələr, ilkin araşdırmalar aparılır. Visiontv.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, həmin regiona kompleks yanaşma aparılır.

“Hər bir bölgənin ayrı-ayrılıqda, o cümlədən regionun bütövlükdə turizm potensialının dəyərləndirilməsi aparılır. Biz ilkin mərhələdəyik və bu işlər görülür. Orada aqraturizm, ekoturizm, sağlamlıq, qış turizmi, təbiət turizmi ilə bağlı ilkin araşdırmalar aparılır. Kəlbəcər, Zəngilan istiqamətində sağlamlıq turizmindən istifadə olunması üçün poteisnal var. Lakin konkret olaraq harada nəyin olacağını demək tezdir. Regionun turizm inkişaf konsepsiyası hazır olandan sonra orada hansı turizm məhsullarının inkişaf etdiriləcəyi qeyd ediləcək”.