Aytən Səfərovanın qardaşı faciəvi şəkildə vəfat edib
18.12.2019

"O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin"

Visiontv.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu "Üçümüz" verilişində deyib.

Səfərova bir qardaşının dünyasını dəyişməsindən bəhs edib. Göz yaşlarını saxlaya bilməyən aparıcı ilk dəfə bunu danışdığını söyləyib:

"Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.