28.09.2020
Axtar
Gündəlik
alt

Aybəniz Haşımova kürəkəninin fotosunu paylaşdı

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın nişanından görüntülər paylaşıb.

Visiontv.az axşam.az-a istinadən bildirir ki, şəkildə müğənninin qızı ilə yanaşı kürəkəni, bacısı Şahnaz Haşımova və qayınanası yer alıb.

Aybəniz paylaşımına bunları qeyd edib:

"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".

Şərh