4.07.2020
Axtar
Hadisə
alt

Avtoxuliqan 15 gün müddətinə həbs edildi

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Visiontv.az-a verilən məlumata görə, araşdırmalarla Gəncə şəhər sakini 31 yaşlı Elşən Əsgərovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

“VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E. Əsgərov 15 gün müddətə inzibati qaydada həbs edilib.

BAKU.WS

Şərh