Avtomobillərdə pərdə qadağası başa çatır - Qiymətlər necədir? - VİDEO
29.04.2019

Ayın 1-dən etibarən avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir

Mayın 1-dən etibarən avtombillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq. Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

Artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir. Pərdə hazırlayanların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.

Sürücülər də qiymətlərin ötən illərlə müqayisədə bir qədər baha olduğunu deyirlər. Məhsulun kefiyyətinə qaldıqda isə onlar bundan razıdır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər pərdə və jalüzlərdən istifadə edərkən diqqətli olmalıdır. Bəzən sürücülər avtomobilin arxa yan şüşəsinə plyonkla vurur. Bu qanunla qadağandır və bunu edənlər cərimələnir.

Qeyd edək ki,avtomobilin ön şüşəsinin şəffaflığı minumum 75 faz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək./xezerxeber.az