“Avroviziya”nın keçiriləcəyi konfrans mərkəzi xəstəxanaya çevrildi
15.04.2020

Niderlandda “Avroviziya”nın keçirilməli olduğu konfrans mərkəzi koronavirusa görə xəstəxanaya çevrilib.

Visiontv.az xəbər ver ki, mahnı müsabiqəsi üçün nəzərdsə tutulmuş meydançada xəstəxana çarpayıları düzülüb. Yerli bələdiyyələr vəziyyət pisləşəcəyi və regional xəstəxanalar kifayət etməyəcəyi təqdirdə bu yolla özlərini sığortalamaq istəyiblər.

Xatırladaq ki, “Avroviziya”nın may ayına planlaşdırılmış builki müsabiqəsi koronavirus pandemiyasına görə ləğv edilib.