"Avroviziya 2023" mahnı müsabiqəsinin loqosu və şüarı açıqlanıb
31.01.2023

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin loqosu və şüarı açıqlanıb.

Visiontv.az xəbər verir ki, mahnı müsabiqəsinin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir və "United by Music" isə müsabiqənin rəsmi şüarı olaraq seçilib.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

Xatırladaq ki, mayın 9-u və 11-də mahnı müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.

APA