Avropa İttifaqının vasitəçiliyinə Moskva imkan verməyəcək
Avropa İttifaqının vasitəçiliyinə Moskva imkan verməyəcək
25.11.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 15 dekabrda Azərbaycan və Ermənistan liderlərinin görüşündə hər hansı bir sənədin imzalanması gözlənilmir.

Burada Brüssel vasitəçi olaraq iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir "Yol Xəritəsi" hazırlaya bilər. Avropa İttifaqının iki ölkə arasında  sülh müqaviləsi üçün vasitəçiliyinə Moskva imkan verməyəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan məhz Moskvadan kənar Brüssellə əməkdaşlıqda maraqlı görünür. Bu da Kremli qəzəbləndirən əsas amildir.

Sabah Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üç tərəfli görüş baş tutacaq. Qeyd edim ki, 15 dekabr görüşü planlaşdırılmasaydı, Soçi görüşü də baş tutmayacaqdı. Moskva çalışacaq ki, yeni bir sənəd imzalansın. Və Brüssel görüşünə kölgə salsın.

Soçi görüşündə İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə sənəd imzalanması və nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Burada Azərbaycanın irəli sürdüyü və 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən, dəhlizə uyğun texniki imkanları özündə əks etdirən bəndin yerinə yetirilməsi "Zəngəzur" dəhlizinin açılması istiqamətində tərəflər arasında danışıqlar olacaq. N. Paşinyan razılıq vermək məcburiyyətindədir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az