Avropa İttifaqı "Rusiya pisdir" deyir, ancaq Rusiya kimi hərəkət edir
Avropa İttifaqı "Rusiya pisdir" deyir, ancaq Rusiya kimi hərəkət edir
16.03.2023 Elbəyi Həsənli Tərəfindən

NATO-nun keçmiş şefi Anders Fogh Rasmussen Ermənistanda diqqətçəkən bəyanatlar verib:

1. Avropa İttifaqı Azərbaycanı Laçınla bağlı blokadanı aradan qaldırmağa məcbur etməlidir. Əgər belə olmasa, humanitar fəlakət riski ilə üzləşəcəyik.

2. Avropa İttifaqı Ukrayna kimi Qərb silahları alması üçün xüsusi fondlardan Ermənistana maddi yardım etməlidir.

Bu isə o deməkdir ki, əvvəl Rusiya Ermənistana pulsuz silah verirdi, bundan sonra da Avropa Birliyi verəcək. Görəsən Ermənistana silah niyə verilir? Azərbaycanla (+Türkiyə) müharibə etmək üçün. Bəs sülh göyərçinləri hara uçdu getdi?

Bəli, Rusiya keçmiş Dağlıq Qarabağ üzərindən Azərbaycan və Ermənistanı nəzarətdə saxlamağa çalışır. Bu, köhnə söhbətdir. Avropa İttifaqı deyir ki, Rusiya pisdir, biz yaxşıyıq. Rusiya getsin, biz gələk. Gəlməmişdən də Ermənistanı Azərbaycana qarşı silahlandırmaq haqqında düşünürlər. İndi də Avropa İttifaqı Rusiyanın Azərbaycana qarşı yeritdiyi yaramaz siyasəti başqa bir dekorasiyada həyata keçirmək istəyir...

P.S Avropa İttifaqı Ukraynada separatizmi müdafiə edən Rusiyaya qarşı vuruşur, Cənubi Qafqazda isə separatizmi müdafiə edən Ermənistana dəstək verir. Niyə?....

Bizim demokratlar bu kimi sullardan yayınırlar. Ancaq nə vaxta qədər?...

Elbəyi Həsənli

visiontv.az